club@caspianenergy.net Mob.: +994503145358 Tel.:(+994 12)447-21-86 (87)

TƏŞKİLATÇI

Öz Brendini tanıt
Brand Award Azerbaijan
Sizə bildirməkdən şərəf duyuruq ki, Caspian Energy Club “Brand Award Azerbaijan” milli mükafatı musabiqəsinin qeydiyyatına start verir.
Azərbaycanda fəaliyyət göstərən yerli korporativ, sosial, xidmət və məhsul brendləri bu müsabiqəyə qoşularaq, 2022-ci ilin 50 tanınan brendləri sırasına daxil ola bilərlər.
6-ci milli “Brand Award Azerbaijan” müsabiqənin qalibi 22 avqust – 11 sentyabr tarixində online-səsvermə üsulu ilə müəyyən olunacaq. Səsvermə müstəqil beynəlxalq platformada keçiriləcək. Sorğuda iştirak etmək üçün şirkətlər öz brendlərini 13 avqust tarixinə qədər təqdim edə bilərlər.
Caspian Energy Club üzvləri statuslarına uyğun olaraq brendlərini qeydiyatdan keçirə bilərlər. Müsabiqə bitdikdən sonra səsvermədə iştirak edən şirkətlər brendlərin coğrafi və demoqrafik reytinqini əldə etmək hüququna malik olacaq. Mükafatın təqdimetmə mərasimi sentyabrın sonunda keçiriləcək.
“Brand Award” müsabiqəsi hemçinin Xəzər-Qara dəniz və Baltik region olkələrində Caspian Energy Club-un üzvləri arasında keçiriləcək.
“Brand Award Azerbaijan” müsabiqəsində qalib gələn brendlər ilin sonunda yekun “Brand Award International” müsabiqəsində də digər ölkələrin qalib brendləri ilə birgə iştirak etmək hüququ qazanacaq.
Qeyd edək ki, respondentlər seçim üçün minimum 10 brendə səs verə bilər.
Caspian Energy Club üzvləri üçün namizəd brend sayı (statusa uyğun)

Platin üzv : 32 brend
Qızıl üzv: 16 brend
Gümüş üzv: 8 brend
Bürünc üzv: 4 brend
Junior üzv: 2 brend

Caspian Energy Club-un üzvü olmayan şirkətlər üçün bir brendin qeydiyyatı 350AZN+ƏDV 18%

Ətraflı

RƏSMİ TƏRƏFDAŞ
İŞTİRAKÇILAR