forum@caspianenergy.club Mob.:+994774460030 Tel.:(+994 12)447-21-86 (87)

TƏŞKİLATÇI

Öz Brendini tanıt
7-ci "Brand Award Azerbaijan" milli müsabiqəsi

"Award Organizers Group"un təşkilatçılığı, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu və “Caspian Energy Club”ın rəsmi dəstəyi ilə  7-ci "Brand Award Azerbaijan" milli müsabiqəsi təşkil olunacaq. Qeyd etmək istərdik ki, qeydiyyat mərhələsi bitib. 

Azərbaycanda fəaliyyət göstərən yerli korporativ, sosial, xidmət və məhsul brendləri bu müsabiqəyə qoşularaq, 2024-cü ilin ən tanınan 50 brendi sırasına daxil ola bilərlər. Səsvermə 10-31 yanvar 2025-ci il tarixləri arasında müstəqil beynəlxalq platformada onlayn formatda keçiriləcək. 

 

Səsvermənin nəticələri 19 fevral 2025-ci il tarixində "Grand CEO Party" çərçivəsində keçiriləcək 7-ci "Brand Award Azerbaijan" milli müsabiqəsinin təqdimat mərasimində açıqlanacaq.  7-ci "Brand Award Azerbaijan" milli müsabiqəsində qalib gələn 50 milli brend “Award Organizers Group” tərəfindən digər ölkələrdə təşkil olunan müsabiqələrin qalibləri ilə rəqabət aparacaq.

 

"Caspian Energy Club" üzvləri statuslarına uyğun olaraq brendlərini qeydiyyatdan keçirə bilərlər. "SurveyMonkey" platformasında açıq və şəffaf keçirilən 7-ci "Brand Award Azerbaijan" milli müsabiqəsi ilə siz şirkətinizə məxsus brendləri tanıtmaqla yanaşı, marketinq komandaları arasında xidmət və məhsullar üzrə yarışmaq imkanı əldə edirsiniz.

 

Bu müsabiqədə rəhbər olaraq sizə bazarda hansı xidmət və məhsullarınızın nə qədər tanındığını öyrənmək, eləcə də eyni məhsul və xidmətlər üzrə rəqib holdinq və şirkətlərlə müqayisədə mövqeyinizi müəyyən etmək imkanı verir. Müsabiqə bitdikdən sonra yalnız səsvermədə iştirak edən şirkətlər brendlərin coğrafi və demoqrafik reytinqini əldə etmək hüququna malik olacaqlar. 

 

"Caspian Energy Club" üzvləri üçün statusa uyğun olaraq ödənişsiz namizəd brendlərin sayı aşağıdakı kimidir:

 

* Diamond üzv: 50 brend

* Platin üzv: 24 brend

* Qızıl üzv: 12 brend

* Gümüş üzv: 6 brend

 

"Caspian Energy Club"ın Premium, Platin, Qızıl və Gümüş üzvləri üçün təyin olunan brend sayından əlavə olaraq, hər bir əlavə brendin iştirak haqqı 150 AZN + 18% ƏDV təşkil edir.

 

"Caspian Energy Club" üzvü olmayan şirkətlər üçün 7-ci "Brand Award Azerbaijan" milli müsabiqəsində əlavə 1 brendin iştirak haqqı 500 AZN + 18% ƏDV təşkil edir.

 

Hər birinizi 7-ci "Brand Award Azerbaijan" milli müsabiqəsində iştirak etməyə dəvət edirik! 

Ətraflı

RƏSMİ TƏRƏFDAŞ
ОРГАНИЗАТОР
İŞTİRAKÇILAR